Açıqlama
Sevinc Elsevərin bu kitabı yeddi uşağın Bakı bulvarındakı “şeytan çarxı” attraksionundan yoxa çıxması ilə başlayır. Uşaqlar Yel baba tərəfindən qaçırılır və qeyri-adi macəraların içinə düşürlər.
Yeddi qəhrəman yeddi fərqli məkana və zamana səyahət etməlidirlər. Onlar hər səyahətdə müxtəlif problemlərlə, adamlarla, hadisələrlə qarşılaşırlar. Birlikdə çətinliklərin öhdəsindən gəlməyə, evlərinə qayıtmağa çalışırlar. Bəs bunu bacaracaqlarmı? Yel baba onları niyə oğurlayıb? Suallara cavab tapmaq istəyirsinizsə, Sevinc Elsevərin “Şeytan çarxı”nı mütləq oxuyun.





Rəylər
Hələ ki, rəy yoxdur.