Showing all 16 results
-
“YUMAĞIN MACƏRALARI” (BİRİNCİ KİTAB)
₼9.00Bu kitab Yumaq adlı kirpi və dostlarının macəraları haqqındadır.
Qəhrəmanımız Yumaq, çoxbilmiş qarğa Ra, sevimli dovşan Pambıq, hamıya şəfa verməyə çalışan ayı Əlac və müdrik bayquş Ayqunun başına gələnlərdən xəbər tutmaq istəyirsənsə, bu kitab əsl sənin üçündür.
Yumaq və dostları təsadüfən məktub tapıblar. İpucuları izləyərək tamamilə yad yerə – şəhərə üz tutublar.
Yumağın macəraları bununla da bitmir. Tanımadığı insanlar tərəfindən götürülüb böyük şəhərə, oradan da yatsa, yuxusunda da görməyəcəyi yerə – Antarktidaya aparılır. Hekayədə onun yeni tanışları, getdiyi yeni yerlər barədə çoxlu məlumat öyrənəcəksən.
Bəs dostları Yumağı tapa biləcəklər? Yumaq necə, öz doğma meşəsinə qayıtmağı bacaracaq? -
BALACA ŞAHZADƏ
₼5.70Ekzüperinin dünyaca məşhur əsəri həqiqətin gözlə görüləndən daha çoxu olduğu mesajını verir. İkinci Dünya müharibəsinin davam etdiyi dövrdə qələmə alınan əsərdəki səhra, azıb qaldığımız daxilimizi simvolizə edir. Kitabdakı baobab metaforu isə bütün dünyanı təhdid edən müharibə və nasizm bəlasına işarə vurur.
“Balaca Şahzadə” həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulub. Üstəlik, kitabdakı şəkilləri müəllif özü çəkib. -
BİLMƏZLƏ DOSTLARININ MACƏRALARI
₼7.00Nikolay Nosovun “Bilməzin macəraları” silsiləsi Çiçəkli Şəhər adlı nağılvari diyarda yaşayan cırtdanların həyatından bəhs edir.
Silsilənin ilk kitabı – “Bilməzlə dostlarının macəraları” əsəri lovğa, gopçu, amma cəsur olan Bilməz adlı balaca oğlanın başına gələn macəralardan söhbət açır.
İnanırıq ki, bu macəralar balaca oxucularımızın xoşuna gələcək. -
CƏSUR, DƏCƏL, AĞILLI
₼6.00Daha çox məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulan kitabda
Azərbaycan dilinin qrammatikası çox fərqli, əyləncəli
şəkildə çatdırılır. Dilin müxtəlif qatları ayrıca ölkə və şahlıqlar,
anlayışlar isə insanlar ilə əvəz olunaraq qrammatik xarakteristika
daşıyır. -
DİL HÖKMDARLIĞINA SƏYAHƏT
₼10.00Daha çox məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulan kitabda
Azərbaycan dilinin qrammatikası çox fərqli, əyləncəli
şəkildə çatdırılır. Dilin müxtəlif qatları ayrıca ölkə və şahlıqlar,
anlayışlar isə insanlar ilə əvəz olunaraq qrammatik xarakteristika
daşıyır. -
Helenendorfun sonuncu şahidi
₼7.00Kitabda, az qala, yüz otuz il əvvəl Azərbaycana köçürülən
almanların ölkədə yer tapmaları, özlərinə yurd-yuva, ev və
nəhayət, kənd, qəsəbə, şəhər salmaları, eyni zamanda, faciəvi
sonluq barədə danışılır, bu barədə kifayət qədər olan qaranlıq
məqamlara aydınlıq gətirilir.
Müəllif əsər boyu axtarışdadır, Göygöl rayonunda, eləcə
də ətraf ərazilərdə almanların izlərini axtara-axtara qəribə in-
san taleləri ilə tanış olur. -
HƏR UŞAĞIN ÖZ DÜNYASI
₼10.00“Hər uşağın öz dünyası” uşaq psixologiyası mövzusunda hazırlanmış
kitabdır. Kitabda müxtəlif yaş dövrlərində uşağın psixi inkişaf
xüsusiyyətləri, körpələrin yuxu və qidalanması, çətinliklər (qorxu,
aqressiya, hiperaktivlik, özgüvən əskikliyi, yalan) və aradan
qaldırılması yolları (nağıl terapiya və oyunları), boşanmanın uşaq
psixologiyasına təsiri, valideyn-övlad münasibətləri, məktəbəqədərhazırlıq
və kiçik məktəbli dövrü kimi mövzulara toxunulmuşdur. Bu kitab hər bir
psixoloqun, valideynin, uşaq psixologiyası ilə maraqlanan hər kəsinoxuması
və faydalanması üçün nəzərdə tutulub. -
İNDİKİ UŞAQLAR MÖCÜZƏDİR
₼7.00Roman on iki-on üç yaşlarında olan, bir müddətdən sonra ayrı şəhərlərdə yaşamaq məcburiyyətində qalan iki məktəblinin bir-birilərinə məktəbdə və ailədə baş verənləri yazdıqları məktublarından ibarətdir.
Əsər, əsasən, təhsil sistemi və valideyn – övlad münasibətinin tənqidi üzərinə qurulub. -
İTIRİLMİŞ DÜNYA
₼5.00Kitabda Azərbaycanın fantast yazıçısı Namiq Abdullayevin
“İtirilmiş dünya” povesti, “Salam, Günəş”, “Atlantidadan gəlmiş adam”,
“Su pərisi”, “Ədəbi zülmət dünyası”, “Dan ulduzu”, “Orada insan var”
və “Hikmətin yuxusu” adlı hekayələri yer alıb. Müxtəlif mövzuları əhatə
edən bu əsərlər elmi-fantastik janr elementləri ilə zəngindir.
Balaca oxucularımızı rəngarəng və hədsiz maraqlı səyahətə dəvət edirik. -
QADININ ÜÇ YAŞ DÖVRÜ
₼7.00Roman bir gənc qızın sevgi, aldanma, özünütanıma, məsuliyyət,
azadlıq hissləri ilə tanışlığını nəql edərkən, digər tərəfdən
də yüz illik müddət ərzində üç qadının həyatını və bu həyatlar
arasındakı bağları, ağrı-acıları, ümumiyyətlə, həyat və ölüm
mövzularını müzakirəyə açıq qoyur.
“Qadının üç yaş dövrü”ndə oxucu Qərb və Şərq mədəniyyətlərini
təmsil edən Qustav Klimtin “Qadının üç yaş dövrü” rəsm əsəri
və “Əsli və Kərəm” dastanı ilə yenidən qarşılaşacaq, insan
həyatının əvvəlki mədəniyyət nümunələri ilə necə səsləşdiyinə
bir daha şahid olacaq. -
Qadın
₼5.50Canlıların ən alisi, bütün gözəlliklərin təcəssümü, sevginin başlanğıcı, cəmiyyətin tərbiyəçisi, Allahın bəşəriyyətə hədiyyəsi…
Ümumiyyətlə, qadın kimdir? Bütün kitab boyu bu sualın fərqli cavablarına rast gələcəksiniz. Müəllif qadını sanki bir kitab kimi oxuyur, onu analiz edir.
Bütün həqiqətlər gün işığı kimi göz önündədir. Bəs bu həqiqətləri görməyə hazırıqmı? Güzgüyə
baxıb həqiqi “mən”i görməyin vaxtı deyilmi?
Cəsarətli ol, ətrafında istədiyin abu-havanı yarat, kitabın ilk səhifəsini aç və bu ecazkar söhbətə qoşul. -
QUM QALALAR
₼5.00Uşaqların əzmli olması, ümidsizliyə qapılmaması və xəyallarının arxasınca getməsi üçün ibrətamiz hekayələrdən ibarət “Qum qalalar” hekayələr toplusu uşaqlar üçün əsl tapıntı olacaq.
Bəzən məzəli, bəzən kədərli, bəzən çox ciddi olan, amma hər biri mütləq düşündürən bu hekayələri balaca oxucularla yanaşı böyüklərin də çox sevəcəyi qənaətindəyik. -
Setralı
₼7.00“Setralı” fantastik trilogiyanın ilk kitabıdır.
Müəllif adlar vasitəsilə özünəməxsus üslubda yeni kodlar sistemi yaradır.
Tarixi-fantosmaqorik elementlər ehtiva edən romanda xeyirlə şər, qaranlıqla işıq qarşı-qarşıya gəlir. Əsərin qəhrəmanı olan Kross günün birində öyrənir ki, yer üzündəki missiyası ədaləti bərpa etməkdir. O, pisnislərdən – “yanmışlar”dan qopmağa, şərdən xeyrə doğru addımlamağa çalışır.
Yaxşı, bəs bu yolda onu hansı çətinliklər gözləyir? Kross – yeni adı ilə Zümğegi Kladius şərin kökünü kəsə biləcəkmi?
Cəmi dörd günlük macəralardan bəhs əsər öz geniş manerası, oxucunu macəradan-macəraya sürükləməsi ilə seçilir. -
ŞEYTAN ÇARXI
₼6.00Sevinc Elsevərin bu kitabı yeddi uşağın Bakı bulvarındakı “şeytan çarxı” attraksionundan yoxa çıxması ilə başlayır. Uşaqlar Yel baba tərəfindən qaçırılır və qeyri-adi macəraların içinə düşürlər.
Yeddi qəhrəman yeddi fərqli məkana və zamana səyahət etməlidirlər. Onlar hər səyahətdə müxtəlif problemlərlə, adamlarla, hadisələrlə qarşılaşırlar. Birlikdə çətinliklərin öhdəsindən gəlməyə, evlərinə qayıtmağa çalışırlar. Bəs bunu bacaracaqlarmı? Yel baba onları niyə oğurlayıb? Suallara cavab tapmaq istəyirsinizsə, Sevinc Elsevərin “Şeytan çarxı”nı mütləq oxuyun. -
VALİDEYNİM BİLMİR Kİ…
₼9.00Bu kitabda məşhur uşaq psixoloqu Li Salk uzun illər boyu topladığı təcrübəsini valideynlərlə bölüşür.
O, yeni doğulmuş körpədən yeniyetmə yaşa qədər övlad sahibi olan ata-analara dəyərli məsləhətlər verir, qarşıya çıxan problemlərin praktik həll yollarını göstərir.
Sual-cavab formasında yazılmış əsər valideynlər, məktəb psixoloqları, müəllimlər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub. -
ZONA
₼8.00“Zona” romanı “Çevrə” adlandırılan yerdə gözünü açan adamın macəralarından bəhs edir. Çevrədə tək olmadığını anlayan Tomi adlı qəhrəmanımız həm onu əhatələyən təhlükələrlə,
həm də keçmişin yaxasından əl çəkməyən qaranlıq tərəfləri ilə mübarizə aparır.
Günlər keçdikcə Tomi elə özü kimi gözlərini Çevrədə açan Nelsonla dostlaşır və ikilikdə bu yerin sirrini öyrənməyə çalışırlar.
Araşdırdıqca məlum olur ki, Çevrə hər dəfə günəş qürub edəndə dəyişən Zona ilə əhatələnib. Zonada zaman və məkan Çevrədən fərqli inkişaf edir. Oranın öz qanunları var. İlk və ən əsas qanun isə sükut qanunudur. Zona bu qanuna əməl etməyənləri cəzalandırır.
Bəs görəsən, Tomi ilə Nelson bu sirri aça biləcəklərmi?
Bəs xilas yolu haradadır? Suallara cavab tapmaq istəyirsinizsə, “Zona”nı mütləq oxuyun.