Showing all 7 results
-
“YUMAĞIN MACƏRALARI” (BİRİNCİ KİTAB)
₼9.00Bu kitab Yumaq adlı kirpi və dostlarının macəraları haqqındadır.
Qəhrəmanımız Yumaq, çoxbilmiş qarğa Ra, sevimli dovşan Pambıq, hamıya şəfa verməyə çalışan ayı Əlac və müdrik bayquş Ayqunun başına gələnlərdən xəbər tutmaq istəyirsənsə, bu kitab əsl sənin üçündür.
Yumaq və dostları təsadüfən məktub tapıblar. İpucuları izləyərək tamamilə yad yerə – şəhərə üz tutublar.
Yumağın macəraları bununla da bitmir. Tanımadığı insanlar tərəfindən götürülüb böyük şəhərə, oradan da yatsa, yuxusunda da görməyəcəyi yerə – Antarktidaya aparılır. Hekayədə onun yeni tanışları, getdiyi yeni yerlər barədə çoxlu məlumat öyrənəcəksən.
Bəs dostları Yumağı tapa biləcəklər? Yumaq necə, öz doğma meşəsinə qayıtmağı bacaracaq? -
BALACA ŞAHZADƏ
₼5.70Ekzüperinin dünyaca məşhur əsəri həqiqətin gözlə görüləndən daha çoxu olduğu mesajını verir. İkinci Dünya müharibəsinin davam etdiyi dövrdə qələmə alınan əsərdəki səhra, azıb qaldığımız daxilimizi simvolizə edir. Kitabdakı baobab metaforu isə bütün dünyanı təhdid edən müharibə və nasizm bəlasına işarə vurur.
“Balaca Şahzadə” həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulub. Üstəlik, kitabdakı şəkilləri müəllif özü çəkib. -
CƏSUR, DƏCƏL, AĞILLI
₼6.00Daha çox məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulan kitabda
Azərbaycan dilinin qrammatikası çox fərqli, əyləncəli
şəkildə çatdırılır. Dilin müxtəlif qatları ayrıca ölkə və şahlıqlar,
anlayışlar isə insanlar ilə əvəz olunaraq qrammatik xarakteristika
daşıyır. -
İTIRİLMİŞ DÜNYA
₼5.00Kitabda Azərbaycanın fantast yazıçısı Namiq Abdullayevin
“İtirilmiş dünya” povesti, “Salam, Günəş”, “Atlantidadan gəlmiş adam”,
“Su pərisi”, “Ədəbi zülmət dünyası”, “Dan ulduzu”, “Orada insan var”
və “Hikmətin yuxusu” adlı hekayələri yer alıb. Müxtəlif mövzuları əhatə
edən bu əsərlər elmi-fantastik janr elementləri ilə zəngindir.
Balaca oxucularımızı rəngarəng və hədsiz maraqlı səyahətə dəvət edirik. -
Qadın
₼5.50Canlıların ən alisi, bütün gözəlliklərin təcəssümü, sevginin başlanğıcı, cəmiyyətin tərbiyəçisi, Allahın bəşəriyyətə hədiyyəsi…
Ümumiyyətlə, qadın kimdir? Bütün kitab boyu bu sualın fərqli cavablarına rast gələcəksiniz. Müəllif qadını sanki bir kitab kimi oxuyur, onu analiz edir.
Bütün həqiqətlər gün işığı kimi göz önündədir. Bəs bu həqiqətləri görməyə hazırıqmı? Güzgüyə
baxıb həqiqi “mən”i görməyin vaxtı deyilmi?
Cəsarətli ol, ətrafında istədiyin abu-havanı yarat, kitabın ilk səhifəsini aç və bu ecazkar söhbətə qoşul. -
ŞEYTAN ÇARXI
₼6.00Sevinc Elsevərin bu kitabı yeddi uşağın Bakı bulvarındakı “şeytan çarxı” attraksionundan yoxa çıxması ilə başlayır. Uşaqlar Yel baba tərəfindən qaçırılır və qeyri-adi macəraların içinə düşürlər.
Yeddi qəhrəman yeddi fərqli məkana və zamana səyahət etməlidirlər. Onlar hər səyahətdə müxtəlif problemlərlə, adamlarla, hadisələrlə qarşılaşırlar. Birlikdə çətinliklərin öhdəsindən gəlməyə, evlərinə qayıtmağa çalışırlar. Bəs bunu bacaracaqlarmı? Yel baba onları niyə oğurlayıb? Suallara cavab tapmaq istəyirsinizsə, Sevinc Elsevərin “Şeytan çarxı”nı mütləq oxuyun. -
ZONA
₼8.00“Zona” romanı “Çevrə” adlandırılan yerdə gözünü açan adamın macəralarından bəhs edir. Çevrədə tək olmadığını anlayan Tomi adlı qəhrəmanımız həm onu əhatələyən təhlükələrlə,
həm də keçmişin yaxasından əl çəkməyən qaranlıq tərəfləri ilə mübarizə aparır.
Günlər keçdikcə Tomi elə özü kimi gözlərini Çevrədə açan Nelsonla dostlaşır və ikilikdə bu yerin sirrini öyrənməyə çalışırlar.
Araşdırdıqca məlum olur ki, Çevrə hər dəfə günəş qürub edəndə dəyişən Zona ilə əhatələnib. Zonada zaman və məkan Çevrədən fərqli inkişaf edir. Oranın öz qanunları var. İlk və ən əsas qanun isə sükut qanunudur. Zona bu qanuna əməl etməyənləri cəzalandırır.
Bəs görəsən, Tomi ilə Nelson bu sirri aça biləcəklərmi?
Bəs xilas yolu haradadır? Suallara cavab tapmaq istəyirsinizsə, “Zona”nı mütləq oxuyun.